Kamran Ağayevin tarixi səhvi - VİDEO

Kamran Ağayevin tarixi səhvi - VİDEO

Peşəkar Futbol Liqası növbəti dəfə maraqlı addım atıb.

Sport7.az xəbər verir ki, karantin günlərində azarkeşləri darıxmağa qoymayan PFL əməkdaşları 2010-cu il mayın 23-də "Bakı" və "Xəzər Lənkəran" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyunundan video paylaşıb.
 
Özəl görüntülərin yer aldığı süjetdə qalmaqallı görüşün maraqlı anları əksini tapıb. "Bakı"nın 2:1 hesablı qələbə qazandığı görüşün ardından "Xəzər Lənkəran" mükafatlandırma mərasiminə çıxmayıb. Lənkəran təmsilçisinin ovaxtkı baş məşqçisi Ağasəlim Mircavadov bu qərarın səbəbini belə izah edib: "Pley-offda udan komandanı biz təbrik etmirik".
 
Əslində isə Mircavadov əsas vaxtı qolsuz yekunlaşmış matçın əlavə vaxtında "Bakı"nın fair-play qaydalarını pozaraq, qol vurmasına işarə edib. Həmin epizodda "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev ona tərəf uzaq məsafədən ötürülmüş topu saxlaya bilməyib və nəticədə hesab açılıb. Sonradan "Bakı" fair-play qaydasına əmək edərək, rəqibinə qol vurmaq imkanı yaratmaq əvəzinə daha bir dəfə fərqlənib. Yalnız sonuncu dəqiqədə "Xəzər Lənkəran" təsəlli qolunu vura bilib.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR