Kamran məğlubiyyətə üzüldü

Kamran məğlubiyyətə üzüldü

Rusiya çempionatının 1-ci divizionunda 18-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növbəti matçına çıxıb.

Səfərdə "Nijni Novqorod”la qarşılaşan futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Kamran start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.

"Ximki” 37 xalla 2-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR