Kamran

Kamran "fərqləndi", komandası qələbə qazandı

Rusiya çempionatının 1-ci divizionunda 14-cü turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növbəti matçına çıxıb. Səfərdə Voronej "Fakel”i ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Kamran start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməsə də 45+1-ci dəqiqədə sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.

"Ximki” 14 turdan sonra 33 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
 
Sport7.az
 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR