Kamranın komandası üçün uğursuz gün

Kamranın komandası üçün uğursuz gün

Rusiya çempionatının 1-ci divizionunda 22-ci turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növbəti matçına çıxıb.

Səfərdə "Yenisey”lə qarşılaşan futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Kamran start heyətdə meydana çıxıb, lakin fasilədə əvəzlənib. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməsə də, 36-cı dəqiqədə sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.

"Ximki” 46 xalla 2-ci pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR