Kanada Qran-prisi: Fettel lövhələrin yerini dəyişərək özünü qalib

Kanada Qran-prisi: Fettel lövhələrin yerini dəyişərək özünü qalib "elan etdi" (VİDEO)

"Formula 1" üzrə mövsümün 7-ci yarışı olan Kanada Qran-prisindən sonra maraqlı hadisə baş verib.

"Ferrari" pilotu Sebastyan Fettel finişə birinci çatsa da, 5 saniyəlik cərimə sonda Lyuis Hemiltonun ("Mersedes") qalib olması ilə nəticələnib. Alman pilot qərara etiraz əlaməti olaraq yarışdan sonra ikincilik və birincilik lövhələrinin yerini dəyişdirərək özünü qalib "elan edib".

Qeyd edək ki, "Ferrari"nin cərimə ilə bağlı apellyasiya şikayəti ünvanlayacağı gözlənilir.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR