Kanada Qran-prisini Hemilton qazandı

Kanada Qran-prisini Hemilton qazandı

"Formula 1"-də mövsümün 7-ci yarışı olan Kanada Qran-prisinə yekun vurulub.

"Ferrari" pilotu Sebastyan Fettel finişə hamıdan əvvəl çatsa da, təhlükəli idarəetmə səbəbindən 5 saniyə cərimələnməsi sonda Lyuis Hemiltonun ("Mersedes") qalib olması ilə nəticələnib. Yekunda Fettel ikinci, komanda yoldaşı Şarl Lekler isə üçüncü nəticə göstərib.


Kanada Qran-prisi

Jil Vilnyöv avtodromu, Monreal

9 iyun

Əsas yarış

1. Lyuis Hemilton ("Mersedes") - 1:29:07.084
2. Sebastyan Fettel ("Ferrari") +3,658*
3. Şarl Lekler ("Ferrari") +4,696
4. Valtteri Bottas ("Mersedes") +51,043
5. Maks Ferstappen ("Red Bull") +57,655
6. Daniel Rikkardo ("Reno") +1 dövrə
7. Niko Hülkenberq ("Reno") +1 dövrə
8. Pyer Qasli ("Red Bull") +1 dövrə
9. Lans Stroll ("Reysinq Poynt") +1 dövrə
10. Daniil Kvyat ("Toro Rosso") +1 dövrə
11. Karlos Sayns Cunior ("Maklaren") +1 dövrə
12. Serxio Peres ("Reysinq Poynt") +1 dövrə
13. Antonio Covinatsi ("Alfa Romeo") +1 dövrə
14. Romen Qrojan ("Haas") +1 dövrə
15. Kimi Raykkonen ("Alfa Romeo") +1 dövrə
16. Corc Rassell ("Vilyams") +2 dövrə
17. Kevin Maqnussen ("Haas") +2 dövrə
18. Robert Kubiça ("Vilyams") +3 dövrə

Yarışı tamamlaya bilməyənlər:

Aleks Albon ("Toro Rosso")
Lando Norris ("Maklaren")


Aktivində 162 xal olan Lyuis Hemilton pilotların sıralamasına başçılıq edir. Komanda yoldaşı Valtteri Bottas ondan 29 xal geri qalır. 100 xala malik olan Sebastyan Fettel üçüncüdü.

Konstruktorlar kubokunda "Mersedes" 295 xalla aşkar liderdi. "Ferrari" (172 xal) ikinci, "Red Bull" (124 xal) isə üçüncü sırada qərarlaşıb.

* - Sebastyan Fettel təhlükəli idarəetmə səbəbindən 5 saniyə cərimələnib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR