Kapitan belə olar

Kapitan belə olar
İtaliyanın məşhur "Corriere dello Sport" nəşri "İnter"in argentinalı hücumçusu və kapitanı Mauro İkardi haqda maraqlı məqama toxunub.
 
Sport7.az xəbər verir ki, qəzet İkardinin "İnter"in yeni transferlərinə xüsusi dəstək göstərdiyini və öz köməyini təklif etdiyini bildirib. Nəşrdə bu sözlərə yer verilib:
 
"Mauro "İnter'in beş yeni transferinin hər birinə zəng edərək, onları salamlayıb. Nainqqolan bunu təqdimat günü demişdi. Lautaro isə bildirmişdi ki, Milanda onu hava limanından tibbi müayinəyə məhz Mauro aparıb. İkardi digər üç yeni transferə də - De Vrij, Asamoah, Politano'ya da zəng edərək onlara kömək təklif edib (yeni mənzil, uşaqları üçün məktəb tapmaq və s.). Bu cür jestlər rəhbərlik tərəfindən də bəyənilir. Kapitanın həm cərimə meydançası daxilində və həm də paltar-dəyişmə otağındakı davranışları diqqətə layiqdir".
 
Sport7.az

Xəbər lenti