Kaprara:

Kaprara: "Düzgün mövqeləri seçə bilmədik"

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ciovanni Kaprara CEV Kubokunda Finlandiya ilə keçirilən görüşdən sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis görüşü belə dəyərləndirib: "Hər şeydən əvvəl deyə bilərəm ki, ilk iki hissədə çox pis oynadıq əsasda top qəbulunda və hücumda. Hücumda düzgün mövqeləri seçə bilmədik. Amma sonra toparlandıq və yaxşı oynamağa başladıq. IV setdə isə çox bağışlanmaz səhvlər etdik. Rəqiblə oynamaq çətin idi çünki, onlar fərqli və sürətli voleybol oynayırlar. Biz iki həftədir toplanmışıq, birgə məşqlər üçün çox vaxtımız olmadı. İnanıram ki, addım-addım daha yaxşı oynayacağıq. Oyunçularımdan razıyam ki, hər top uğrunda mübarizə aparmağa çalışırdılar. Ümid edirəm ki, yaxşı olacaq"
 
Matç Finlandiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR