Karantin qaydaları İbrahimoviçin vecinə deyil (FOTOLAR)

Karantin qaydaları İbrahimoviçin vecinə deyil (FOTOLAR)

Koronavirusa görə İtaliyadan ayrılıb ölkəsi İsveçə yollanan Zlatan İbrahimoviç karantin qaydalarını vecinə almayıb.
 
Sport7.az xəbər verir ki, "Milan"ın hücumçusu evinə gedib karantində qalacağını açıqlasa da dediyinə əməl etməyib. "Milan"ın hücumçusu pay sahibi olduğu "Hammrbu"da məşqə çıxıb. Formalaını geyib klubun məşq bazasında xeyli müddət məşq edən İbra futbolsuz dayana bimədiyini nümayiş etdirib.
 
O "Hammarbu"nun futbolçuları ilə də bir araya gələrək sosial məsafə qaydalarına da əməl etməyib. İsveçdə çempionat təxirə salınsa da "Hammarbu" məşqlərini davam etdirməkdədi. Ümumiyyətlə ölkədə bir çox komanda karantində qalmaq əvəzinə məşq meydançalarına gedir. 
 
İsveç klubu İbrahimoviçi öz bazasında gördüyü üçün məmnunluğunu da bildirib. 
 
Futbolçunun mövsümün sonunda karyerasını bitirəcəyi ilə bağlı iddialar var.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR