Karateçilərimiz medal uğrunda yarışacaq

Karateçilərimiz medal uğrunda yarışacaq

Azərbaycan karateçisi İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən "Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

Sport7.az xəbər verir ki, 68 kq çəkidə çıxış edən 23 yaşlı idmançı ardıcıllıqla Natalia Spiqolon (Braziliya), Ketrin Pederson (Danimarka), Linqlinq Tang (Çin) və Marina Pakoviçi (Monteneqro) məğlub edib.

Ukrayna əsilli karateçi bu gün finalda Qonq Li (Çin) ilə qarşılaşacaq.

İlk yarış günündə Rafael Ağayev (75 kq) finala, Nuranə Əliyeva (50 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb. Sözügedən idmançılar da bu gün tatami üzərinə çıxacaqlar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR