Karateçilərimiz Moskvada 6 medal qazandı

Karateçilərimiz Moskvada 6 medal qazandı

Moskvada tarixdə ilk dəfə bütün karate növləri üzrə dünya çempionatı keçirilib.

Sport7.az xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti, yığmamızın baş məşqçisi Abbas Hünbətovun rəhbərliyi altında komandamız təmsil edib.

Qırxdan artıq ölkədən minə yaxın idmançının iştirak etdiyi yarışda millimiz uğurlu çıxışı ilə yadda qalıb. Çempionatda 37 kiloqram çəki dərəcəsində yarışan Sənan Xəlilli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər idmançımız Əlisəfər Əmirov (39 kq) finaladək inamla irəliləyib. Ancaq həlledici görüşdə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

Millimizin üzvləri Allahyar Əhmədov (25 kq), Qeys Bağırzadə (32 kq), Rüfət İsayev (57 kq) və Lalə Mikayılov (64 kq) dünya çempionatını üçüncü pillədə başa vurublar.

Dünya çempionatı çərçivəsində festival da təşkil olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR