Karateçilərimiz Rusiyada

Karateçilərimiz Rusiyada

Böyüklərdən ibarət Azərbaycan milli komandası Moskvada təlim-məşqlərdədir.
 
Sport7.az xəbər verir ki, 23 sentyabrdan başlanan 10 günlük hazırlıqlarda 13 idmançımız iştirak edir.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi altında təlim-məşqlərə Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq) İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) qatılıb. Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərovun (kata) hazırlıqlarda iştirak etməsini məqbul sayıb.

Təlim-məşqlər başa çatdıqdan sonra karateçilərimiz 4-6 oktyabr tarixlərində Rusiyanın paytaxtında Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar. Yarışlarda heyətə daha 7 idmançımız qatılacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR