Karateçilərimiz Slovakiyada 3 medal qazandı

Karateçilərimiz Slovakiyada 3 medal qazandı

Azərbaycan karateçiləri Slovakiya "Qran Prisi" beynəlxalq turnirində 3 medal qazanıblar.
 
Sport7.az xəbər verir ki, "Təhsil" Respublika İdman Mərkəzinin üzvləri 2 qızıl, 1 gümüş medala sahib olublar.

21-23 fevralda paytaxt Bratislavada yarışda 16-17 yaşlı gənclər seçmə komandasından Hüseyn Məmmədli (-61 kq) və Fərid Ağayev (-76 kq) çempion olub. Abbas Dadaşov isə (-68 kq) ikinci yeri tutub. 

Karateçilərimizi yarışda "Təhsil" Respublika İdman Mərkəzinin karate üzrə baş məşqçisi Əbülfət Qarayev və məşqçi Gündüz Mahmudov müşayiət edib.
 
Beynəlxalq turnirdə 32 ölkədən 2118 idmançı iştirak edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR