Karateçilərimiz Tokioya getdi

Karateçilərimiz Tokioya getdi

Azərbaycan milli komandasının bir sıra üzvü 6-8 sentyabrda Tokioda Karate1 Premyer Liqa turnirinə yollanıb.

Sport7.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 10 idmançı var. Məşqçilərdən kumite üzrə kişilərin baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, eləcə də beynəlxalq hakim Cahangir Babayev komanda ilə bir yerdədir. 

Məşqçilər heyəti Premyer liqanın Yaponiya mərhələsində 9 kişi və 1 qadın idmançının iştrak etməsini məqbul sayıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də İrina Zaretska (-68 kq) kumitedə, Roman Heydərov isə kata yarışlarında çıxış edəcək. 

Dünya Karate Federasiyasının (WKF) Karate1 Seriyasından Premyer Liqa turnirlərinin 5-ci mərhələsində 79 ölkədən 649 idmançı mübarizə aparacaq. Movsümün sonunacan liqanın Moskva (4-6 oktyabr) və Madrid (29 noyabr - 1 dekabr) mərhələləri var. Premyer Liqa turnirlərində hər qələbəyə və medal əyarına görə həm beynəlxalq, həm də Olimpiya reytinq xalları hesablanır. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR