Karateçilərimizdən iki medal

Karateçilərimizdən iki medal

Karateçilərimiz Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində​ 2 medal qazanıblar.​
 
Sport7.az xəbər verir ki, Firdovsi Fərzəliyev (-60 kq) və Pənah Abdullayev (-84 kq) mötəbər turnirdə 3-cü yeri tutmaqla, müxtəlif reytinq cədvəllərində mövqelərini də möhkəmlədiblər.
 
Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün 4-cü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.​
 
Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan milli komandanın üzvləri 11 iyunda Bakıya dönüb 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.​
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR