Karlo Ançelotti:

Karlo Ançelotti: "Avropanın ən güclü komandasına qarşı yaxşı oynadıq"

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti "Liverpul"la oyun (2:0) haqqında fikirlərini bölüşüb:

"Planımız yaxşı oyun keçirməkdən ibarət idi. Mümkün olsa, yüksək pressinq tətbiq etmək və lazım gələndə dərindən müdafiə olunmağı planlaşdırırdıq. Hamısının öhdəsindən gəldik.

Matç ərzində müxtəlif situasiyalara uyğunlaşmaq məcburiyyətində qaldıq. "Liverpul" topa nəzarət edəndə çox yaxşı müdafiə olunduq və əlimizə düşən imkanlardan yararlandıq. Balanslı oyun oldu.

Avropanın ən güclü komandasına ("Liverpul" - Sport7.az) qarşı yaxşı oynadıq".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR