NBA-da ötən həftənin ən yaxşı oyunçuları: Karmelo Entoni və Yannis Adetokumbo

NBA-da ötən həftənin ən yaxşı oyunçuları: Karmelo Entoni və Yannis Adetokumbo

NBA-da geridə qalan həftənin ən yaxşı oyunçuları müəyyənləşib.

Qərb konfransı üzrə "Portlend"in forvardı Karmelo Entoni, Şərqdə isə "Miluoki"nin üzvü Yannis Adetokumbo qalib olub.

Entoni sonuncu dəfə 2014-cü ilin mart ayında NBA-da həftənin oyunçusu seçilmişdi. 35 yaşlı basketbolçu ötən həftə 22,3 xal, 7,7 ribaund və 2,7 assist ortalamaları ilə oynayaraq komandasının qazandığı 3 qələbədə əsas pay sahiblərindən biri olmuşdu.

Adetokumbonun ötən həftə üzrə ortalama göstəriciləri isə belədi: 34,8 xal, 11,3 ribaund, 4,0 assist və 1,5 blok-şot.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR