Karmelo Entoninin yeni klubu bəlli oldu

Karmelo Entoninin yeni klubu bəlli oldu

Karmelo Entoni karyerasını "Portlend"də davam etdirəcək. Tərəflər arasında zəmanətsiz müqavilə imzalanacaq.

Entoninin sonuncu klubu "Hyuston" olub. Forvard 2018-19 mövsümündə "Hyuston"da 10 matçda meydana çıxmışdı. Ardınca Texas klubu onun xidmətlərindən imtina etmişdi.

Melo şənbə günü başlayacaq 6 oyunluq səfər seriyası ərəfəsində "Portlend"ə qoşulacaq. Qərb konfransının son finalçısı mövsümə 4 qələbə, 8 məğlubiyyətlə başlayıb.

35 yaşlı basketbolçu karyerası ərzində NBA-da 1064 dəfə meydana çıxıb. Entoninin ortalama göstəriciləri belədi: 24,0 xal, 6,5 ribaund və 3,0 assist.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR