"Karyeramı bitirməyə hazırlaşırdım" - Karmelo Entoni

"Portlend"in forvardı Karmelo Entoni işsiz qaldığı periodda karyerasını bitirmək barədə düşündüyünü etiraf edib.

35 yaşlı basketbolçu "The Jump" proqramında bu haqda danışıb:

"Karyeramı bitirməyə hazırlaşırdım. Mənim üçün çətin idi. Amma sonra birdən-birə düşünməyə başladım: "Mən bu oyun üçün hər şeyimi vermişəm, 15-16 mövsüm oynamışam.

Həqiqətən də, basketbolla sağollaşmağa hazır idim. Çünki onda mənim üçün hər şeyin bitdiyini düşünürdüm. Ona görə də mənə uyğun olmayan bir komandaya keçsəydim, yəqin ki, işim daha da çətin olacaqdı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR