Karyerasını bitirmiş idmançımız dopinqə görə cəzalandırıldı

Karyerasını bitirmiş idmançımız dopinqə görə cəzalandırıldı

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verən Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevin cəza müddəti açıqlanıb.

Sport7.az xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa və ikiqat dünya çempionunu 8 illik cəzalandırıb. 38 yaşlı veteran idmançının orqanizmində dehidroxlormetiltestosteron, oksandrolon və stanozolol preparatları aşkarlanıb.

Paşayev idmançı karyerasını bitirdiyi üçün artıq başa çatan cəza müddəti şərti xarakter daşıyır. 

O Pekin olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub. O, 2006-cı il Avropa çempionatında da dopinq-testdən keçə bilməyib. Qanında qadağan olunmuş metandeonon maddəsi aşkarlanmış titullu ağırlıqqaldıran IWF-nin qərarı ilə çempionatın qızıl medalından məhrum edilib.
 
Paşayev həmçinin 2400 dollar məbləğində cərimələnib və 2 il müddətində bütün yerli və beynəlxalq yarışlarda iştirak hüququndan məhrum olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR