Karyerasını göz yaşları ilə bitirdi

Karyerasını göz yaşları ilə bitirdi
İsveçrə superliqası təmsilçisi "Bazel"də forma geyən Matias Delqado karyerasını bitirib.

Sport7.az xəbər verir ki, klub tərəfindən 34 yaşlı futbolçunun karyerasına son verdiyi açıqlanıb. Bununla yanaşı ona gələcək həyatında uğurlar arzulanıb.
 
Delqado onun üçün təşkil olunmuş mətbuat konfransında karyerasını bitirdiyini açıqlayarkən, göz yaşlarını saxlaya bilməyib. 

2006-cı ildə "Basel"dən "Beşiktaş"a transfer olan Delqado 4 mövsüm bu klubun formasını geymişdi. 2013-cü ildə yenidən sabiq klubuna qayıdan təcrübəli futbolçu ötən mövsüm meydana çıxdığı 38 matçda 12 qola imza atıb.

Sport7.az 

Xəbər lenti