Kavani

Kavani "Atletiko" ilə 2,5 illik müqavilə imzalayacaq

PSJ-nin hücumçusu Edinson Kavani "Atletiko"ya keçmək üzrədi.

"As" nəşrinin xəbərinə görə, Kavaninin agenti artıq Madriddədi. Yaxın saatlarda bütün suallara aydınlıq gələcəyi gözlənilir.

Uruqvaylı futbolçunun "Atletiko" ilə 2,5 illik müqavilə imzalayacağı bildirilir. Sazişin daha bir mövsüm uzadılması ehtimal daxilindədi.

"Atletiko" sonuncu dəfə Kavaniyə görə PSJ-yə 15 milyon avro təklif etmişdi. Həmçinin 3 milyon avro dəyərində bonuslar nəzərdə tutulmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR