Kavaninin yeni klubu müəyyənləşdi

Kavaninin yeni klubu müəyyənləşdi

PSJ-nin futbolçusu Edinson Kavani karyerasını Portuqaliya "Benfika"sında davam etdirəcək.

Sport7.az xəbər verir ki, 33 yaşlı hücumçu yeni komandasında hər il 9 milyon avro əmək haqqı qazanacaq. Kavani PSJ-də 2013-cü ildən çıxış edib. Uruqvaylı forvard ötən mövsüm Fransa çempionatında 11 oyunda meydana çıxıb, 4 qola və 1 məhsuldar ötürməyə imza atıb. O, İtaliya A Seriyasında "Palermo" və "Napoli"nin də formasını geyinib.

"Benfika" 2019/2020 mövsümünü ikinci pillədə başa vurub. Lissabon klubu Çempionlar Liqasında mübarizəyə təsnifat mərhələsindən başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR