Kavaniyə İtaliya nəhəngindən təklif

Kavaniyə İtaliya nəhəngindən təklif

Lautaro Martinezi "Barselona"ya satmağa hazırlaşan "İnter" onun mövqeyinə futbolçu axtarışlarına başlayıb.

Sport7.az xəbər verir ki, İtaliya klubu PSJ-nin forvardı Edinson Kavaninini heyətinə qatmaq niyyətindədi.

"Neradzurra" fransızlarla müqavilə müddəti başa çatmaq üzrə olan Uruqvay millisinin üzvünə 3 illik müqavilə təklif edib. "Mançester Yunayted", "Nyukasl" və "Atletiko"nun da maraq dairəsində olan 33 yaşlı oyunçu hələlik heç bir təklifi cavablandırmayıb.

2013-cü ildən PSJ-də çıxış edən Kavani gələn ayın sonunda komandanı tərk edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR