"Kavay Lenard tarixin ən yaxşı 30 basketbolçusundan biridi" - Pol Pirs

"Boston" əfsanəsi Pol Pirs "Klippers"in forvardı Kavay Lenardın tarixin ən yaxşı 30 basketbolçusundan biri olduğunu düşünür.

Pirs "The Jump" proqramında bu barədə danışıb:

"Ötən il göstərdiyi performansı nəzərə alsaq, Kavay Lenardın artıq indidən tarixin 30 ən yaxşı basketbolçusundan biri olduğunu deyə bilərik. Amma onun dayanmaq fikri yoxdu. Gəncdi, performansının pikindədi və inkişaf etməyə davam edir. Məncə, Kavay tarixin ən yaxşı 30 basketbolçusundan biridi".

Qeyd edək ki, ötən il Kavay Lenard "Toronto"ya ilk NBA çempionluğunu qazandırmış və final seriyasının MVP-si seçilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR