Kayl Lauri dünya çempionatında iştirak etməyəcək

Kayl Lauri dünya çempionatında iştirak etməyəcək

"Toronto"nun point-qardı Kayl Lauri ABŞ millisinin heyətində Çində keçiriləcək dünya çempionatına yollanmayacağını bildirib. 33 yaşlı basketbolçu "instagram" hesabında bu barədə paylaşım edib.

Lauri bir neçə həftə əvvəl sol əlinin baş barmağından əməliyyat olunmuşdu. Onun bərpa prosesi hələ bir müddət də davam edəcək.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarına təsnifat xarakteri də daşıyan dünya çempionatı 31 avqustda start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR