"Bruklin"dən Kayri Örvinqə 141 milyon dollarlıq müqavilə

"Boston"un point-qardı Kayri Örvinq "Bruklin"ə keçmək niyyətindədi.

"The New York Post"un məlumatına görə, Örvinq "Nets"də 4 ilinə 141 milyon dollar qazanacaq.

Azad agent bazarı 30 iyunda açılacaq. "Seltiks"lə müqavilə müddətini uzatmaqdan imtina edən Örvinq azad agent statusuna keçəcək.

"Bruklin"in heyətini Kayri ilə yanaşı, "Qolden Steyt"in forvardı Kevin Dyurent ilə gücləndirməyə hazırlaşdığı bildirilir. Nyu-York klubu axilles vətərindəki zədəyə baxmayaraq, KD-yə maksimal müqavilə təklif etməyi planlaşdırır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR