Kayri Örvinq NBA Oyunçular İttifaqının yeni vitse-prezidenti olacaq

Kayri Örvinq NBA Oyunçular İttifaqının yeni vitse-prezidenti olacaq

"Bruklin"in point-qardı Kayri Örvinq NBA Oyunçular İttifaqının vitse-prezidenti seçilib.

Bu barədə qurumun saytı məlumat yayıb. Örvinq sözügedən postda Pau Qazolu əvəzləyəcək. Səsvermə ittifaqın təmsilçiləri arasında keçirilib. 27 yaşlı basketbolçunun səlahiyyət müddəti üç il olacaq.

Qeyd edək ki, NBA Oyunçular İttifaqının digər vitse-prezidentləri Bismak Biyombo, Malkolm Broqdon, Ceylen Braun, Si Cey Makkollum və Qarrett Templdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR