DeMarkus Kazıns DeMar DeRozanla görüşüb və birlikdə "San-Antonio"da oynamaq ehtimalını müzakirə edib.
Bu barədə insayder Şems Çaraniya məlumat yayıb. 28 yaşlı basketbolçu hazırda azad agent statusundadı. Ötən mövsüm o, axilles vətərindən zədə almışdı.
Çaraniyanın bir digər iddiasına görə, DeMarkus Kazıns Kavay Lenardın gələcəyi ilə bağlı verəcəyi yekun qərarı gözləyir.
Sport7.az