Kənan Həsənov rəsmən "Qalatasaray"da - FOTOLAR

Kənan Həsənov rəsmən
Azərbaycanlı futbolçu Kənan Həsənov "Qalatasaray"a transfer olunub.

Sport7.az xəbər verir ki, azyaşlı futbolçunun İstanbul klubuna keçidi rəsmiləşib.
 
O, artıq "Qalatsaray"ın U-8 komandasının heyətində məşqlərə başlayıb.

Qeyd edək ki, 2011-ci il təvəllüdlü Kənan Həsənov 3 yaşından Bakıda "Canbala" uşaq futbol məktəbində futbola başlayıb. Bir müddət "Qarabağ"ın akademiyasında oynayıb və Bakıdakı "Qalatasaray" məkbətində çıxış edib. Ötən il "Qalatasaray"ın seçimlərinə qatılaraq seçilsə də, İstanbul klubunda öz yaş qurupu üzrə komanda olmadığından "Altınordu" akademiyasına yollanaraq, İzmir təmsilçisinin U-9 komandasında bir il çıxış edib. İndi isə o, "Qalatasaray"ın U-8 komandasında məşqlərə başlayıb. (Fanat.az)
 





 
Sport7.az 

Xəbər lenti