Kənan Manafov: “Böyük futbol üçün “qoca” sayılırdım”

09 Aprel 2018, 14:50
09 Aprel
2018
14:50
99
Onu böyük futboldan, Azərbaycanın müxtəlif yaş qruplarından ibarət milli komandalarındakı çıxışından tanısaq da, indi futzal oynayır. Gəncdi, amma gənc yaşında bu cür dəyişikliyi diqqəti cəlb etməyə bilməzdi.
Söhbət ötən həftə Bakıda Türkiyə ilə qarşılaşmada qələbə qazanan futzal üzrə Azərbaycan millisinin üzvü Kənan Manafovdan gedir. Oyundan sonra hazırda futzal üzrə İkinci Liqada çıxış edən "Avanqard”ın üzvü AFF-nın rəsmi səhifəsinə müsahibə verib.
Sport7.az həmin müsahibəni təqdim edir:
- Əvvəlcə Türkiyə ilə oyundan danışaq. Böyükhesablı qələbədən sonra danışmaq çətin olmur adətən...
- Hər şey yaxşı idi. Bir neçə gün məşqlər etdik, müəyyən "ev tapşırıqları” hazırladıq və bəhrəsini gördük. Açığı, Türkiyə millisi də zəif deyildi. Ancaq yekunda biz məqsədimizə çatdıq. Bəli, danışmaq asandı, ancaq nəticə özü bütün sualları cavablandırır.
- İkinci hissədə bir qədər ehtiyatlı oynamağa başladınız. Hesabdakı fərq böyük olduğuna görə, belə qərara gəldiniz?
- Bu, bir qədər də məcburiyyətdən oldu. Yorğun idik. İntensiv məşqlər, iki gün ərzində ardıcıl iki yoxlama oyunu keçirməyimiz təsirini göstərdi. Vaxtımız az olduğuna görə, tam hazırlaşa bilmədik.
- Futzala keçdikdən sonra ilk dəfə millinin forması altında oyun keçirdin. Özünü necə hiss edirdin?
- Əslində, millində əvvəllər çıxış etmişdim. Aşağı yaşlı futbolçulardan ibarət müxtəlif yığma komandalarda oynamışam. Bu baxımdan öyrəncəli olduğumu deyə bilərəm. Əlbəttə, böyük futbolla futzal fərqlidi. Ab-havadan tutmuş, oyun dəsti-xəttinə, taktiki gedişlərə qədər hamısı bu oyunları ayırır.
- İkinci Liqadan milliyə cəlb ediləcəyini necə, gözləyirdinmi?
- Nə gizlədim, gözləmirdim. Çünki seçim zamanı Yüksək və Birinci Liqalara üstünlük verilir. Ancaq millinin baş məşqçisinin tez-tez oyunlarımızı izləyədiyini görürdüm.
- Alesionun tapşırıqlarını yerinə yetirmək çətin deyildi?
- Əlbəttə, çətin idi, ancaq çalışırdıq yerinə yetirək. İstədiyini tam verə bilməsək də, 50/70 faiz buna nail olduq. Çox işləmək lazımdı.
- Böyük futbolu futzala dəyişməyinin səbəbini bilmək olar?
- Böyük futbol üçün "qoca” sayılırdım, ona görə də ordan ayrıldım.
- Ancaq bir ara "Neftçi”nin əsas heyətinə cəlb edilmişdin və perspektivli oyunçulardan biri idin. Nə baş verdi ki, "qoca”ldığını anladın?
- Zədə aldım, sonra isə toparlana, əvvəlki formamı bərpa edə bilmədim. Qərara aldım ki, məkanı, mühiti dəyişmək lazımdı.
- Futzalla bağlı perspektiv, gözləntin nədi?
- Milli komandaya yüksəlmək haqda düşünürəm. Bütün fikrim bununla bağlıdı.
- Amma bunun üçün Yüksək Liqa klublarında oynamaq lazımdı. Milli komandada oynamaq üçün İkinci Liqanın səviyyəsi çox aşağıdı.
- İkinci Liqa futzala uyğunlaşmaq baxımından tramplin idi. Artıq Yüksək Liqa komandaları ilə danışıqlar aparıram. EKOL-la anlaşmağım mümkündü.
- Böyük futboldan futzala adaptasiya çətin olmadı?
- Bir ilə yaxındı futzaldayam. Çətinlik var idi. Böyük futbolda tələblər, meydanda hərəkət fərqlidi. Ancaq futzalda hər şey sırf taktiki gedişlərə söykənir. Bir qədər istiqamət verildikdən sonra, uyğunlaşmağım çətin olmadı.
- Böyük futbolla müqayisədə futzalda qazanc elə də çox deyil.
- Qazanc ikinci dərəcəlidi, vacib olan oynamaq, məqsədinə çatmaqdı.
Sport7.az
Xəbər lenti
-
23:42Liderlər üçün itkisiz tur
-
23:09Qurban Qurbanov: "Onların oyunçuları, məşqçiləri də fərqli idilər"
-
22:57Samir Abasov: “Sumqayıt”ımı çox istəyirəm"
-
22:32Roman Qriqorçuk: "Orda qayda pozuntusu da yox idi"
-
22:27"Neftçi" qəbələliləri bu qolla yendi - VİDEO
-
22:11"Qarabağ" rekordunu yenilədi
-
22:07Tərlan Əhmədov: “Fürsəti əldən verməməyə çalışacağıq”
-
22:00Ardıcıl 5-ci çempionluq: Qurbanov Mircavadovun rekordunu təkrarladı
-
20:55"Qarabağ"dan ardıcıl 5-ci çempionluq - YENİLƏNİB
-
20:46Yunis Hüseynov: "Hirsimi dəmirdən çıxdım"
-
20:16Samir Əliyev: "Bəzi futbolçularımız özləri bildiyi kimi oynayırdılar"
-
20:01Bayılda qol oldu, qələbə yox - VİDEO
-
16:37"Topun qəbulunda da çoxlu səhvlərə yol verdik" - Ziya Rəcəbov
-
16:26"Bir-birimizə düşmən deyilik" - Fərid Cəlalov
-
16:17"Neftçi"nin yetirməsi Bərdədə
-
15:57Qattuzoya lağ etdilər, gedir
-
15:44Ölkə kubokunun püşkü atıldı
-
15:02Qıçını görənlər şoka düşdü - FOTOLAR
-
14:31Daha bir dünya ulduzu karyerasını bitirdi
-
13:53Əfsanə futbolçular xeyriyyə matçı keçirdi - VİDEO
-
13:05Susqunluğu dublla pozdu
-
11:17“Qəbələ” ilə oyunun biletləri satışda
-
11:14"Kobra" dünya kəmərini qazandı
-
11:02Milanlıların "Benevento" dərdi - VİDEO
-
10:52"Barsa"dan finalda darmadağın - VİDEO
-
09:24"Mançester Yunayted"dən qələbə - VİDEO
-
09:18"Qalatasaray"dan səfər qələbəsi - VİDEO
-
09:05Giuli Manjqaladze: “Sonuncu yerə layiq deyilik”
-
22:07"Liverpul" xal itirdi - VİDEO
-
21:54"Keşlə" "Zirə"ni məğlub etdi - VİDEO
-
20:26"Rəhbərliklə müzakirəmiz olacaq" - Maksimov
-
20:09"Heç nədən iki qol buraxdıq" - "Zirə"nin məşqçisi
-
17:58“Keşlə” “Zirə”ni yendi - YENİLƏNDİ
-
16:48“Qarabağ Vyana”nın prezidenti İlham Əliyevi təbrik etdi
-
16:09"Qəbələ" və "Neftçi" arasında 45-ci duel
-
13:51Günün oyunları bu kanallarda - AFİŞA
-
13:14"Formula 1"-ə hazırlıq işlərinin 90 faizi başa çatıb
-
11:59"Beşiktaş"ın prezidenti Bakıya gəlir
-
11:34"Qarabağ"la oyuna hazırlıq başladı
-
11:13“eTopaz”da günün canlı oyunları
22 Aprel 2018
21 Aprel 2018
Digər xəbərlər
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Qurban Qurbanov: "Onların oyunçuları, məşqçiləri də fərqli idilər"
-
Ölkə Futbolu, Müsahibə
Samir Abasov: “Sumqayıt”ımı çox istəyirəm"
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Roman Qriqorçuk: "Orda qayda pozuntusu da yox idi"
-
Ölkə Futbolu, Müsahibə
Tərlan Əhmədov: “Fürsəti əldən verməməyə çalışacağıq”
-
Ölkə Futbolu, Müsahibə
Yunis Hüseynov: "Hirsimi dəmirdən çıxdım"
-
Ölkə Futbolu, Müsahibə
Samir Əliyev: "Bəzi futbolçularımız özləri bildiyi kimi oynayırdılar"
-
Ölkə Futbolu, Müsahibə
Giuli Manjqaladze: “Sonuncu yerə layiq deyilik”
-
Ölkə Futbolu, Müsahibə, Manşet
"Heç kimə deməmişəm ki, gedin kimisə gətirin" - "Neftçi" rəsmisi
-
Ölkə Futbolu, Müsahibə, Manşet
Azarkeşlərimiz "Fənərbaxça"lıların hərəkətini pislədi