Kənd əhalisinin iki misli tutumunda stadion tikdirdi - Fanat prezident

Kənd əhalisinin iki misli tutumunda stadion tikdirdi - Fanat prezident
Macarıstanın millətçi mühafizəkar prezidenti Viktor Orban futbol fanatıdı. 

Sport7.az xəbər verir ki, Orban bir zamanlar dünyada söz sahibi olan macar futbolunu yenidən ayağa qaldırmağa çalışdığını söyləyir. Müxaliflər isə ölkədə xeyli problemlər varkən stadion və bənzər qurğular inşa etmək kimi idman fəaliyyətlərinə böyük pullar xərcləməyə qarşıdı.

Ən böyük mübahisə mövzularından biri də Orbanın Felkust kəndində inşa etdirdiyi stadion və burda formalaşdırdığı futbol komandasıdı. Kənd əhalisinin sayı 1800 nəfərə yaxındı. 2014-cü ildə inşa edilən "Panço Arena" adı verilən stadion isə 3800 tamaşaçı tutumuna malikdi. Başqa sözlə bütün kənd əhalisi işi-gücü buraxıb oyuna getsə belə stadionun yarısından çoxu boş qalır. 

Kəndi təmsil edən komandanın adı isə Macar futbolunun əfsanəsi Ferenç Puşkaşdan gəlir. 2007-də qurulan "Puşkaş Akademia" adlı komanda bu gün Macarıstanın ən yüksək liqalarında mübarizə aparır. Əslində isə Puşkaşın bu kəndlə heç bir əlaqəsi yoxdu.

Komandanın oyunlarına orta hesabla 400 nəfər gedir. Bunların da yarısı Macarıstanın oliqarx və siyasətçiləridi. Dövlətin güclü isimləri stadiondakı oyunlarda özlərini daha yuxarılara daşıyacaq insanlarla əlaqə qurmağa çalışır. Ölkədə rüşvətxorluqla mübarizə aparan bir siyasətçi, Qyula Muçsi bu durumu belə izah edir: "Futboldan nifrət etsəniz belə bu oyunlara getmək məcburiyyətindəsiz. Çox para tələb edən böyük inşaat və aşağı yaş qrupları üzrə layihələrlə bağlı qərarlar burda verilir".

Orban gəncliyində yarımpeşəkar şəkildə futbol oynayıb. O prezidentlik etdiyi dönəmdə də dostları ilə oynayır. Orbanın bu futbol sevgisini həddindən artıq qiymətləndirən yaxınları da var. İngiltərənin ən ünlu nəşrlərindən olan "Guardian"a danışan bir dostu, stadion inşa ediləcəyini ilk eşidəndə "Buna gərək varmı?" deyə düşündüklərini söyləyib. Adı açıqlanmayan şəxs "Bu onun uşaqlıq arzusudu. Futbol fanatıdı. Amma bu stadionun yerinin doğru olduğunu düşünmürəm. 10 və ya 20 il içində bu stadionun durumu nə olacaq? Doğru qərar deyildi" söyləyib. 

Macarıstan prezidenti o qədər həvəslidi ki, bəzən gündə 6 oyun izləyir. Prezident olaraq ölkə xaricinə ilk səfəri Parisdə keçirilən 1998-ci ilin dünya çempionatının finalı olub. Onun yaxınlarının verdiyi məlumata görə həmin vaxtdan bəri bir dəfə də olsun dünya çempionatının və Çempionlar Liqasının finalını qaçırmayıb.
 




Sport7.az

Xəbər lenti