“Kəpəz” hazırlığı başa vurub

“Kəpəz” hazırlığı başa vurub

Sabah I Divizionda XV turun oyunlarına start veriləcək.
 
Sport7.az xəbər verir ki, tur çərçivəsində "Kəpəz” Gəncə şəhər stadionunda "Keşlə-2” komandasını qəbul edəcək. "Sarı-göylər” görüş öncəsi son məşqə matçın keçiriləcəyi arenada çıxıblar. Hazırlıq prosesi təxminən 45 dəqiqə sürüb və yüngül xarakter daşıyıb. Çalışmalarda toplu hərəkətlərə üstünlük verilib.

Bakı kollektivi ilə oyuna "Kəpəz” itkilərlə çıxacaq. Komandanın iki futbolçusu cəzalıdır. Novruz Məmmədov sarı vərəqə limitinə görə kənarda qalacaqsa, Orxan Abdullayev ötən tur qırmızı vərəqə aldığı üçün qarşılaşmanı tribunadan izləyəcək.

Sonda əlavə edək ki, "Kəpəz” – "Keşlə-2” matçı fevralın 13-ü saat 14:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR