"Kəpəz" "ölüm ayağında": klub sahibsiz qalıb

I divizionda çıxış edən "Kəpəz"in qara günləri davam edir. Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin klubun Müşahidə Şurasının sədri vəzifəsindən istefasından sonra komanda faktiki rəhbərsiz qalıb.

Son olaraq bu günlərdə klubun rəisi vəzifəsini tutan Ruslan Nağıyev da istefa verərək "Kəpəz"i tərk edib. İndi klub tamamilə rəhbərsizdi. "Kəpəz"də sadəcə Təhlükəsizlik xidmətinin rəhbəri Elmar Əliyev qalıb ki, o da şəxsi əlaqələrindən istifadə edərək klubu idarə etməyə çalışır.

Ötən gün I divizionun XXIII turu çərçivəsində "Sumqayıt-2"ni qəbul edən Gəncə klubu meydana rəhbərsiz çıxıb. 

AFFA bir müddət əvvəl "Kəpəz" tezliklə rəhbər təyin olunacağını vəd etmişdi. Bu günlərdə Gəncəyə səfər edən qurumun baş katibi Elxan Məmmədov da müəyyən vədlər vermişdi. Amma deyəsən klub hələ də heç kimin yadına düşmür. Mövsüm sona yazınlaşır, məşqçilər və futbolçular isə qarşıda onları nələrin gözlədiyini bilmir. Bir sözlə, "Kəpəz" ölüm ayağındadı, klubun idarəçiliyini üzərinə götürən AFFA rəhbərliyi isə bundan qətiyyan narahat deyil... (Fanat.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR