"Kəpəz" - "Qarabağ" matçında bilet fiaskosu - FOTO

Dünən baş tutan "Kəpəz" - "Qarabağ" matçından öncə satılan biletləri görənlər hər halda gülüşünü saxlaya bilməyib.
 
Sport7.az xəbər verir ki, matçöncəsi satılan biletlərin üzərindəki tarixlər fərqli olub. Belə ki, Gəncə Dövlət Universitetinin tələbələrinə satılan biletlərin üzərində matçın başlama saatı 15.00 göstərilsə də stadionun kassalarından alınan biletlərin üzərində bu tarix 16.00 olaraq yer alıb. Yəni stadionun kassalarında satılan biletin tarixi daha doğru olub. 
 
İndi təsəvvür edin bileti oxuyan hansısa azarkeş matçın saat 15.00-da olduğunu görüb işini ona uyğun planlaşdıraraq iki saat əvvəldən stadionda olmaq istəyir. Amma gəlib 2 əvəzinə 3 saat gözləyir. Yəni həmin 1 saata da müəyyən işlər görmək olar. Amma biletə verdiyi pula görə matçın başlamasını gözləməyə məcburdu. 
 
Düzdü, əslində kiçik nöqsandı. İstənilən, futbolla yaxından maraqlanan azarkeş matçın saat neçədə olduğunu bilir. Amma elə insan var ki, məlumatsızdı və işlərini sırf biletin üzərində yazılan tarixə uyğun planlaşdırır. Təbii ki, belə nöqsana görə həmin insanın klub rəhbərliyini kəsin şəkildə tənqid etməyə tam haqqı çatır. Hətta onda gəncəlilərin öz oyunlarıın saatını dəqiq bilməməsi kimi fikirlər də formalaşa və gülüşlə qarşılana bilər.
 
Sözügedən biletlərin fotolarını "Kəpəz"in "Xəmsə" fanklubu paylaşıb...
 
 
Sport7.az

Xəbər lenti