"Kəpəz" rəsmisi: "Bu rəhbərliyin qərarından asılıdı"

AFFA-nın Premyer Liqadan kənarda qoyduğu "Kəpəz"dən hələ ki, səs-soraq yoxdu. Nə edirlər, birinci divizionda oynayacaqlar ya yox, bunlar hələ də qaranlıq qalır. Yeri gəlmişkən bu yaxınlarda klubdaxili iclas olmalı idi. 

Sualların həra hansı cavabı olub-olmadığını öyrənmək üçün klubun mətbuat katibi Azad Mustafayevlə danışdıq. Azad bəy Sport7.az-a açıqlamasında bunları söylədi.

"Hələ ki, gözləmə mövqeyindəyik. İclas əslində keçən həftə olmalı idi. Amma növbəti həftəyə qalıb. Yəqin ki, müəyyən məsələlər var. Onlar konkretləşdiriləndən sonra iclas keçiriləcək. Hazırda, tərpəniş də yoxdu. Premyer Liqaya buraxılmayacağımız dəqiqdi. Amma birinci divizionda oynayıb-oynamayacağımız rəhbərliyin qərarından asılıdı. Futbolçuların bir çoxu komandadan ayrılıb. Kimlər istəsə qalıb aşağı dəstədə oynaya bilər".

Sport7.az

Xəbər lenti