"Kəpəz" rəsmisi: "Elxan müəllim Gəncəyə açılış üçün gəlmişdi"

AFFA-nın baş katibi Elxan Məmmədov Tovuzla yanaşı Gəncəyə də səfər etmişdi. "Kəpəz"in, o cümlədən Gəncədəki şəhər stadionunun gələcəyi ilə bağlı klub nümayəndələri ilə müzakirələr aparan Elxan bəyin səfəri haqda daha geniş məlumat əldə etmək üçün gəncəlilərin mətbuat katibi Azad Mustafayevlə danışdıq.

Azad bəy Sport7.az-a açıqlamasından bunları söylədi: "Elxan müəllimin Gəncə səfərini "ARB Kəpəz" telekanalı tam işıqlandırdı. Stadiona gəldi, durumla tanış oldu. Meydançalara baxdı. AFFA yerli İcra Hakimiyyəti ilə birlikdə istər sünü, istər təbii meydançaların salınmasını nəzərdə tutub. Əraziyə baxıb müvafiq tapşırıqlar verdi. İcra Başçısının müavini ilə məsləhətləşdi. Yaxın günlərdə işlərə başlanılması ilə bağlı hazırlıqlar gedir. Elxan müəllim müjdəli açıqlama da verdi ki, Gəncədə akademiya yaradılacaq. Stadiona baxış keçirdilər, bunun üçün şərait olub-olmadığını yoxladılar". 

Mətbuat katibi hazırda birinci Divizionda çıxış edən "Kəpəz"lə bağlı müzakirələr aparılmadığını da söylədi: "Açığı bizimlə o barədə müzakirə aparmadı. Ancaq televeziyaya açıqlama verərək, güclü təməl, uşaq və bütün yaş qrupları üzrə komandaların olmasını, lisenziyaların tam şəkildə yerinə yetirilməsini istədiklərini bildirmişdi. Şərait olandan sonra "Kəpəz"i Premyer Liqada görmək istədiyini də söylədi. "Kəpəz"in yeni mövsümdən Premyer Liqada olub-olmamasına cari çempionat bitəndən sonra qərar veriləcək. Təbii ki, bizim də istəyimiz budu".

Deyilənə görə Tovuzda olduğu kimi Gəncə şəhərinin rəhbərliyi də Məmmədovu qəbul etmək istəməyib. Bu nə dərəcədə həqiqətə uyğundu?: "Xeyr elə bir şey olmayıb. Elxan müəllim ora Mini Futbol Liqasının açılışı üçün gəlmişdi. Daha sonra stadionun durumu ilə tanış oldu. Deyə bilmərəm İcra Başçısı ilə görüş planlaşdırılmışdı ya yox. Amma fakt stadionda olarkən, başçının müavini ilə görüşdü, söhbət etdi. Stadion Gənclər və İdman Nazirliyinin balansındadı. Gəncədə stadiona cavabdeh olan, yerli Gənclər və İdman İdarəsinin rəhbəri Müşfiq Cəfərov da orada idi. O cümlədən tikinti-quruculuq işlərinin rəhbəri ilə də görüşüb fikir mübadiləsi apardılar".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR