"Kəpəz" rəsmisi: "Ümidimizi üzməmişik"

İki gün öncə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da qarşıdakı mövsümdə komandaların sayı ilə bağlı açıqlama verdi. Buna qədərki açıqlamalarda 2020/2021 mövsümündə Premyer Liqada komandaların sayının 10-a çatdırılmasının planlaşdırıldığı bildirilmişdi. Ancaq Elxan bəy açıqlamasında yeni mövsümdə də komandaların sayının dəyişdirilməyəcəyini söylədi. Yüksək dəstəyə gətiriləcəyi gözlənilən komandalardan biri də "Kəpəz" idi. 10 komanda olacağı ilə bağlı açıqlamalardan sonra Gəncə futbol ictimaiyyəti xeyli ümidlənmişdi. Elə "Kəpəz" rəhbərliyinin də ümidləri böyük idi. Bəs indi necə düşünürlər? Məmmədovun açıqlamasından sonra hələ də ümid qalırmı?

AFFA rəsmisinin sözlərinə klubun da mövqeyini öyrəndik. "Kəpəz"in mətbuat katibi Azad Mustafayev Sport7.az-a açıqlamasında bunları söylədi: "Elxan Məmmədov açıqlamasında Premyer Liqada növbəti mövsüm də 8 komandanın iştirak edəcəyini deyib. "Kəpəz" azarkeşlərinin, bu kluba aidiyyatı olan insanların istəyi komandanın Premyer Liqada çıxış etməsidi. "Kəpəz"ə yaraşan da budu. Amma ortada rəsmi qərar yoxdu. Rəsmi qərar lisenziyalaşdırma qrupunun cavabından sonra olacaq. Lisenziyalaşdırma qrupunun qərarı açıqlanandan sonra biz də ona uyğun olaraq gələcək planlarımızı müəyyənləşdirəcəyik. Belə deyim, şablon bir ifadə var "ümid sonda "ölür". Ona görə də rəsmi qərar lisenziyalaşdırma qrupunun cavabı olacaq. Biz ümidimizi üzməmişik".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR