"Kəpəz" tovuzlularla "sülh" bağladı

Birinci Divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən "Kəpəz” növbəti yoxlama oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında "Turan Tovuz” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib. Hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə "sarı-göylər” hesabı açıb. Meydana əvəzetmədən daxil olan yeni transfer Tural Qürbətov fərqlənib. Rəqib final fitinə kimi bərabərliyi yaxalayıb. Əzəmət Ələkbərli son nəticəni müəyyənləşdirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR