“Kəpəz” yeni problemlər məngənəsində

“Kəpəz” yeni problemlər məngənəsində

Gəncənin "Kəpəz” klubunun problemləri həllini tapmayıb.

Sport7.az xəbər verir ki, Yaşar Vahabzadəylə İsgəndər Cavadovun gəlişindən sonra vəziyyətin yaxşılaşacağına bəslənən ümidlər doğrulmayıb.

Heyətlə bağlı çətinliklər çəkən "Kəpəz” mövsümün ilk iki oyununda qələbəyə həsrət qalıb, qapısından 4 top buraxıb. Amma problemlər təkcə qələbə həsrətiylə bitmir. Komandanın gələcəyi, infrastruktur və uşaq futbolu ilə bağlı konkret heç bir addım atılmır.

Həm icra hakimiyyətində, həm də AFFA-da kluba təyinatlara bağlı yerli kadrlarla görüşlər keçirilib. Mehman Allahverdiyev, Cabir İbrahimov və Elmar Əliyevin məsul vəzifələrə təyinatları, bu şəxslərin yardımı ilə "Kəpəz”in dirçəldilməsi yolları müzakirə olunub. Amma konkret addımların atılması ləngiyir.

Vəziyyət o həddə gəlib çatıb ki, Gəncə şəhər stadionu baxımsız qalıb. Azarkeşlərin verdiyi məlumata görə, bu günlərdə şəhər stadionunun darvazası da sökülərək aparılıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR