"Kəpəz"ə 2400 manat cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sport7.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 23-cü turunda baş tutan oyunlar müzakirə olunub.
 
Komitə "Kəpəz” – "Qarabağ” matçında "Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edib.

Oyunun 37-ci dəqiqəsində "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
 
Sport7.az

Xəbər lenti