"Kəpəz"ə 4000 min cəza - “Qəbələ”nin avtobusunun şüşələri sındırılıb...

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasıdaTopaz Premyer Liqasının XIX turunun  "Kəpəz” – "Qəbələ” matçında baş verənlər müzakirə olunub.
 
Oyun başa çatdıqdan sonra "Qəbələ” futbol klubu stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılmışdır. "Kəpəz”  klubu qonaq komandanın təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub (maddə 50).

"Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesab "Kəpəz” klubu tərəfindən ödənilsin.
 
Sport7.az

Xəbər lenti