“Kəpəz”in süni örtüklü meydançası hazırdır (FOTOLAR)

“Kəpəz”in süni örtüklü meydançası hazırdır (FOTOLAR)

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydançanın salınması prosesi başa çatıb.
 
Sport7.az xəbər verir ki, standart ölçülərə malik meydançanın uzunluğu 105, eni isə 68 metrdir. Meydançanın kənarında soyunub-geyinmə kabinələri qoyulub, ətraf ərazi asfaltlanıb.

Futbol infrastrukturunun inkişafı məqsədilə ilə həyata keçirilən layihə AFFA tərəfindən icra olunub.
 
Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA-nın maliyyə dəstəyi ilə tam olaraq yenilənib. Bundan əlavə, arenanın ərazisində 2015-ci ildə qurumun köməkliyi ilə süni örtüklü mini meydança da salınıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR