"Kəpəz"in yoxlama matçı ləğv olundu

"Kəpəz”in birinci divizion təmsilçisi "Sabah”la yoxlama oyunu ləğv olunub.
 
Sport7.az xəbər verir k, buna səbəb matçın keçiriləcəyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun ot örtüyünün futbol oynamaq üçün əlverişli olmamasıdı. Bu məqamı nəzərə alan məşqçilər korpusu oyunçuları mümkün zədə riskindən qorumaq məqsədilə yoxlama matçının başqa meydançaya salınmasını xahiş ediblər.
 
Klubun menecerləri tərəfindən uzun axtarışlara baxmayaraq paytaxtda yanvarın 15-i üçün uyğun boş stadion tapılmayıb.
 
Sport7.az

Xəbər lenti