Kerber Sidney turnirininə qələbə ilə başladı

Kerber Sidney turnirininə qələbə ilə başladı

Cari dünya reytinq sıralamasında 7-ci pillədə gərarlaşan Anjelika Kerber (Almaniya) Sidneydə ikinci raunda yüksəlib.

Sport7.az xəbər verir ki, ötən həftə Brizban turnirinin finalında oynayan Kerber (Azarenkaya uduzub), "Apia İnternational Sydney” turnirində ilk raundda çətinliklə üzləşib. Kerber yalnız üç setin yekununda rəqibi Elina Svitolinanı keçə bilib. Elina Svitolina Ukrayna təmsilçisidir və 2013/2014-cü illərdə Baku Cup turnirinin qalibidir.

Svitolina matçın ilk setini aktivinə yaza bilsə də, növbəti iki setdə Kerber qarşısında "baş əyməli” olub. Kerber 1 saat 57 dəqiqə ərzində 4-6 6-0 6-3 hesablı qələbəni rəsmiləşdirə bilib. Anjelika ¼ final uğrunda rusiyalı Yekaterina Makarova ilə üzləşək.

Digər yadda qalan görüşlərdən, Sara Erraninin (İtaliya) Karla Suarez Navvarro (İspaniya) üzərində və Samanta Stosurun (Avstraliya) Roberta Vinçi (İtaliya) üzərində qələbələrini qeyd etmək olar. 

Errani ¼ final uğrunda Yelena Yankoviç (Serbiya) ilə, Stosur isə Daniela Hantuxova (Slovakiya) ilə qüvvəsini sınayacaq. 

Heydər Rzayev


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR