Kerber yarımfinalda, Plişkova mübarizəni dayandırdı

Kerber yarımfinalda, Plişkova mübarizəni dayandırdı
İndian Uellsdə keçirilən turnirdə qadın tennisçilərin mübarizəsində son iki yarımfinalçının kimliyinə aydınlıq gəlib.

Dünya 5 nömrəsi Karolina Plişkova Belinda Bençiçə məğlub olaraq, 1/4 finalda turnirdəki çıxışını dayandırıb. WTA sıralamasında 8-ci olan Anjelik Kerber isə 1 saat 38 dəqiqə davam edən matç sonunda Vinus Uilyamsa qalib gəlib və adını son 4 tennisçi sırasına yazdırıb.


BNP Paribas Open (Premier Mandatory)

İndian Uells, ABŞ

1/4 final

Belinda Bençiç (İsveçrə) - Karolina Plişkova (Çexiya) - 2:1 (6:3, 4:6, 6:3)

Anjelik Kerber (Almaniya) - Vinus Uilyams (ABŞ) - 2:0 (7:6, 6:3)


Yarımfinalda Anjelik Kerber Belinda Bençiçlə, Elina Svitolina isə Byanka Andreesku ilə qarşılaşacaq.

Sport7.az

Xəbər lenti