"Keşlə" almanlara uduzdu

"Keşlə" Antalyada ilk yoxlama matçını keçirib.

Sport7.az xəbər verir ki, təlim-məşq toplanışı çərçivəsində komanda ilk oyununu Almaniyanın "Çikau" kollektivinə qarşı keçirib.

Qarşılaşma almanların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı klubunun heyətində yeganə qolu 31-ci dəqiqədə Şohruh Qadoyev vurub.

"Keşlə" növbəti matçını yanvarın 22-də Rusiyanın "Arsenal Tula” klubuna qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR