"Keşlə" Birinci Divizion təmsilçisi ilə görüşəcək

Növbəti mövsümün hazırlıqlarına iyulun 8-dən başlayan "Keşlə-2" komandası sabah yoxlama matçı keçirəcək.
 
Sport7.az xəbər verir ki, Birinci Divizion təmsilçisi "Qaradağ-Lökbatan" komandası ilə yoxlama oyunu "ASK Arena"da baş tutacaq. Oyun saat 18.00-da başlanacaq.

Komanda təlim-məşq toplanışı çərçivəsində digər yoxlama matçları da keçirməyi planlaşdırır. Rəqiblər barədə əlavə məlumat veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR