"Keşlə" Kubokun finalına nə qədər azarkeş aparacaq? - RƏSMİ

Kubokda finala qədər gəlməyi bacaran "Keşlə"nin son matça hazırlıqları maraq doğurur. Kubokun finalının Qəbələdə keçiriləcəyini nəzərə alsaq paytaxt klubu səfər hazırlıqlarına bir neçə gün əvvəldən başlamalıdı. 

Klubun mətbuat katibi Səbuhi Məmmədovdan hazırlıqlarla bağlı suallarımıza cavab almağa çalışdıq. Səbuhi bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Komanda hələ ki, "Qarabağ"la oyuna hazırlaşır, "İnter Arena"da məşqlərini davam etdirir. Çempionat oyunları davam edir, komanda buna köklənib. 

Azarkeşlərlə bağlı hələ müzakirə aparmamaışıq. Nəzərə alsaq ki, oyun Qəbələdədi bu, yəqin rəhbərlik səviyyəsində həll olunacaq. Avtobus təşkil oluna bilər. Amma bu haqda konkret heç nə yoxdu. Sonuncu oyundan sonra kubokun finalına hazırlaşmaq üçün 1 həftə vaxtımız olacaq. Yəqin müəyyən müzakirələr aparılıb qərar qəbul olunacaq. 

Həmişə səfərə gedəndə 50-60 azarkeş aparırıq. Bu dəfə bilmirəm necə olacaq. "Keşlə" üçün də əlamətdar oyundu. Yəqin ki, çox adam getmək istəyər. Bəzi məsələləri də nəzərə almaq lazımdı. Neçə nəfər gedəcək-filan, bunlar hamısı müəyyənləşdirilməlidi. Yol uzaqdı, oyunun başlama saatını nəzərə almaq lazımdı. Azarkeşlər rahat gedib-gəlməlidi. Ona görə də oyunlardan sonra bu nüanslar hamısı müzakirə olunacaq".

Sport7.az

Xəbər lenti