“Keşlə” - “Laçi” oyununun məkanı açıqlandı

“Keşlə” - “Laçi” oyununun məkanı açıqlandı

"Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində "Laçi” ilə keçirəcəyi matçın məkanı dəyişməyəcək.

Sport7.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidmətinin rəhbəri Murad Axundov məlumat verib.

O bildirib ki, qarşılaşmanın neytral meydanda oynanılması müzakirə mövzusu deyil: "Laçi” ilə görüşün Bakıda baş tutacağını tam əminliklə deyə bilərik. Məkanla bağlı heç bir dəyişiklik olmayacaq. Komandamız "Laçi”ni avqustun 27-də "ASK Arena”da qəbul edəcək”.

Oyunun saat 21:00-da başlayacağı gözlənilir. 

"Laçi”nin direktoru Naim Halili Albaniya mətbuatına açıqlamasında oyunun başqa ölkədə keçiriləcəyini istisna etməyib. (apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR